EN

Millimizin Afinaya yollanacaq heyəti açıqlandı

Martın 11-də Afinada Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığın Bakı mərhələsini bu gün keçirilən məşqlə yekunlaşdırıb.

Sportinfo.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, komanda səhərə yaxın Bakı-İstanbul-Afina reysi ilə matçın keçiriləcəyi ölkəyə yola düşəcək. Baş məşqçi Vitali Borisov səfərə 14 futzalçı ilə yollanacaq.

Yığmamızın heyəti aşağıdakı kimidir:

Emin Kürdov, Novruz Kazıxanov, Xəzər Ağalızadə, Ülvi Əliyev (hamısı "Araz-Naxçıvan"), Emil Həsənzadə, Fərid Atakişiyev, Eldar Zeynalov ("Neftçi"), Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Nurlan Mehdizadə, Kamran Hacıyev, Murad Quluzadə (hamısı "Baku Fire").

Chosen
11
2
sportinfo.az

3Sources