EN

Amorim “Arsenal”a qarşı oyundan gözləntisini açıqladı

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının “Arsenal”la 28-ci tur ev oyunundan gözləntisini açıqlayıb.

Arena.az BBC-yə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mənim, Mikel Artetanın (“Arsenal”ın ispan baş məşqçisi – redaktorun qeydi) malik olduğu qədər vaxtım olmayacaq. Mən hiss edirəm ki, cari plan üzrə bu, fərqli klubdur. Artetanın bunun (klubdaxili fəsadların çözülməsinin – redaktorun qeydi) öhdəsindən gəlməsi hamını ilhamlandırır. Mənim, onun qədər vaxtım yoxdur.

Bazar günü bizə sağ-salamat qurtulmaq gərəkdir, komanda “Real Sosyedad”la oyunun son 20 dəqiqəsində çox yorulub. Əgər bu gün məşq edibsə, hamı başlanğıc heyətində meydana çıxa bilər”, deyə Amorim ümumən bildirib.

Xatırladaq ki, “Mançester Yunayted” – “Arsenal” oyunu sabah, martın 9-da “Old Trafford”da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 20:30-da başladacaq.

27 oyundan topladığı 33 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb. “Arsenal” isə 54 xalla 2-ci pillədədir.

Premyer Liqaya 28 oyundan 67 xalla “Liverpul” başçılıq edir.

Chosen
20
arena.az

1Sources