EN

Ermənistanda zəlzələ olub, qonşu ölkələrdə də hiss edilib

Ermənistanın Lori bölgəsində 4,6 maqnitudalı zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, yeraltı təkan yerli vaxtla saat 09:27-də Vanadzor şəhərindən 17 km şimal-qərbdə qeydə alınıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayaraq bildirib ki, Ermənistanda baş verən zəlzələ Kars vilayətində də hiss olunub.

Chosen
36
8
aznews.az

10Sources