Aktyor Müşviq Şahverdiyev paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi 8 Mart – “Beynəlxalq Qadınlar Günü” münasibəti ilə təqdirəlayiq addım atıb.
Müşviq küçədə təmizlik işləri aparan süpürgəçi xanımlara gül paylayaraq onların bayramını təbrik edib.
Müşviq paylaşıma “Bayramınız mübarək olsun, əziz xanımlar” şərhini yazıb.

