Futzal üzrə Azərbaycan millisinin yekun heyəti bəlli olub.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.
Martın 11-də Afinada Yunanıstan yığması ilə qarşılaşacaq millimiz səfərə 14 oyunçu ilə yollanacaq. Komandamız hazırlığın Bakı mərhələsini bu gün keçirilən məşqlə yekunlaşdırıb.
Qeyd edək ki, Yunanıstan – Azərbaycan oyunu AVRO-2026-nın əsas seçmə mərhələsi çərçivəsində keçiriləcək.
1 | Emin Kürdov | Araz-Naxçıvan |
2 | Novruz Kazıxanov | Araz-Naxçıvan |
3 | Emil Həsənzadə | Neftçi İK |
4 | Xəzər Ağalızadə | Araz-Naxçıvan |
5 | Tofiq Mikayılov | Baku Fire |
6 | Kənan Manafov | Baku Fire |
7 | Oktay Rüstəmli | Baku Fire |
8 | Nihad İsmayılov | Baku Fire |
9 | Fərid Atakişiyev | Neftçi İK |
10 | Ülvi Əliyev | Araz-Naxçıvan |
11 | Eldar Zeynalov | Neftçi İK |
12 | Nurlan Mehdizadə | Baku Fire |
13 | Kamran Hacıyev | Baku Fire |
14 | Murad Quluzadə | Baku Fire |
İdman.biz