UEFA milli assosiasiyaların 2023/24 mövsümü üçün maliyyə hesabatı dərc edib.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm Misli Premyer Liqasının (MPL) oyunlarına 1,2 milyon avroluq bilet satışıb. Bu, 2022/23 mövsümü ilə müqayisədə 43 faiz çoxdur. 

Bilet satışlarından əldə olunan gəlirə görə Azərbaycan çempionatı reytinq siyahısında 36-cı yeri tutub.

MPL-da teleyayım hüquqlarından heç bir qazanc olmayıb.

Çempionatda yarışan klubların ümumi gəliri isə 63 milyon avroya bərabər olub. 32 faiz artımı göstərən bu rəqəmlər sayəsində MPL Avropada 30-cı pillədə qərarlaşıb