Polşanın Lodz şəhərində fiqurlu konkisürmə üzrə beynəlxalq turnirə start verilib.
İdman.biz xəbər verir ki, Mariya Olçevskanın xatirəsinə həsr olunan yarışda Azərbaycan fiqurlu konkisürəni Leyli Axundova da iştirak edir.
İdmançımız bu gün və sabah buz üzərinə çıxacaq. O, öncə qısa proqramda, ardınca sərbəst çıxışda bacarığını nümayiş etdirəcək.
Qeyd edək ki, gənc qızların yarışında 34 iştirakçı mübarizə aparır.
Ä°dman.biz