EN

Politico: Avropa Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsində ABŞ-ni əvəzləyə bilməyəcək

Avropa ölkələri Ukraynaya kəşfiyyat məlumatlarının təqdim edilməsi məsələsində ABŞ-nin yerini doldura bilməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq qərarından sonra Avropadakı müttəfiqlər bu boşluğu doldurmağa çalışır. Lakin bunu etmək elə də asan deyil.

“Avropa ölkələrinin həqiqətən bu boşluğu doldura biləcəyinə əmin deyiləm”, – qəzet Avropanın anonim rəsmisindən sitat gətirib.

Nəşr qeyd edib ki, NATO daxilində kəşfiyyat imkanları baxımından Böyük Britaniya, Fransa və Almaniya əsas oyunçular hesab olunsa da, onların Amerika kəşfiyyat strukturlarının miqyas və imkanlarına uyğun gəlməsi çətin görünür.

Xatırladaq ki, daha öncə Britaniyanın “Daily Mail” qəzeti ABŞ Prezidenti Trampın qərarı ilə Vaşinqtonun artıq Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmadığını bildirib.

Chosen
7
3
ikisahil.az

4Sources