EN

Fabreqas: “Məqsədimiz “Komo”nu sabit klub etməkdir”

“Komo”nun baş məşqçisi Sesk Fabreqas klubun uzunmüddətli planları haqda söhbət açıb, həmçinin komandasının çıxından danışıb.

Arena.az “Komo”nun rəsmi saytına istindən, 37 yaşlı ispan mütəxəssisin bu bardə fikrini təqdim edir:

“Söhbət uzunmüddətli artımdan gedir. Biz gənc oyunçuları inkişaf etdirmək, iri idman mərkəzi tikmək və nəhayət, yeni bir stadion inşa etmək istəyirik. Bizim sahibimiz müvafiq baxışın tamamilə tərəfdarıdır və məqsəd, “Komo”nu bütün səviyyələrdə güclü, davamlı bir kluba çevirməkdir.

Mən, bizim fəal olmağımızı istəyirəm. Topa sahibolmada üstünlük saxlamağa can atmağımızı, yüksək təpki etməyimizi və keçidlərdə ağılla hərəkət etməyimizi istəyirəm. İtaliya A Seriyası – çox tələbkar bir liqadır. Ona görə də biz, idman hərisliyi olan və uyğunlaşma bacarığına malik oyunçular üzərində diqqət cəmləmişik. O futbolçular üzərində ki, topu daşıya, müdafiə oluna və məkan tapa bilirlər. Söhbət, hər bir xüsusun ardıcıllıqla və şövqlə icra edilməsindən gedir”, deyə Fabreqas vurğulayıb.

27 oyundan sonra “Komo” 28 xalla İtaliya A Seriyasının yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Əlavə edək ki, son iyirmi ildə iki dəfə müflis olmuş Lombardiya təmsilçisi 6 mövsümdə 3-cü yüksəliş əldə etdikdən sonra 2003-cü ildən bəri ilk dəfə İtaliya A Seriyasında çıxış edir. Bir çox təhlilçilər klubun inkişaf strategiyasını əsas gətirərək, “Komo”nun tərəqqisini və gələcək uğurlarını vəd edirlər.

Chosen
17
arena.az

1Sources