EN

İrəvan yenə QARIŞDI: Etirazçılar Paşinyanın ofisinə irəliləyir

Ermənistan hökumət binası qarşısında itkin düşən hərbçilərin yaxınları aksiya keçirib.

Turkustan.az xəbər verir ki, aksiyanın iştirakçıları arasında əsasən qadınlar olub.

Onlar martın 8-də hökumət binasına gələrək hakimiyyətdən övladlarının və yaxınlarının taleyinə aydınlıq gətirmək üçün real addımlar atmağı tələb ediblər.

“Bizim üçün heç bir bayram yoxdur, bizim sevincimiz uşaqlarımızdır. Hökumət bu məsələni prioritet hesab etməli və bütün səylərini xərcləməlidir.
Hərçənd itkin düşənlərin qohumları bu məsələdə xüsusilə baş nazir Nikol Paşinyana və xarici işlər naziri Ararat Mirzoyana arxalanmırlar. Hamı sülh istəyir, lakin buna nail olmaq üçün ilk növbədə itkin düşən hərbçilərlə bağlı məsələ həll olunmalıdır”, -etirazçılar vurğulayıblar. /konkret.az/

Chosen
6
1
turkustan.az

2Sources