EN

Elmlə məşğul olanlar bu boşluqda əzilir... - Alim

"Gənc ədəbiyyatçılar dedikdə elmə gələnləri nəzərdə tuturuqsa, bunu demək mənim üçün çox çətindir. Bu gün elmə gələnlər üçün kifayət qədər maddi və mənəvi stimul yoxdur".

XəzərNews.az xəbər verir ki, bunu Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli Azərtac-ın "Gənc ədəbiyyatçılara hansı məsləhətləri verərdiniz?

Onların qarşılaşdığı əsas çətinliklər nələrdir" sualına cavabında bildirib.

Onun sözlərinə görə, gənclərin qarşısında elə baryerlər çəkilib ki, heç kim o baryerləri aşmaq istəməz:

"Söhbət dissertant və doktorantların qarşısında yaradılmış süni qadağalardan, yanlış yanaşmalardan gedir. Elmin təşkilində də boşluqlar var. Elmlə məşğul olanlar bu boşluqda əzilir, sınır və məşğul olduğu sahədən məmnun olmur. Hər şey də bu məmnuniyyətdən asılıdır".

Xəbər 296 dəfə oxunub.
Chosen
27
xezernews.az

1Sources