"Bavariya" "Liverpul"un vingeri Məhəmməd Salahı transfer etməyə cəhd etməyəcək.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı misirlinin müqaviləsi 2025-ci il iyunun 30-na kimi nəzərdə tutulub. Məlumat var idi ki, "Bavariya" onu azad agent kimi cəlb etməyə çalışacaq. Buna baxmayaraq Münhen komandası Salahla danışıqlara getməyəcək, əksinə, maaş fondunu azaltmağa çalışır.
Liverpul isə Mohamed ilə müqaviləni uzatmaq istəyir və Səudiyyə liqası onu klublarından birinə cəlb etməyə çalışır.
Qeyd edək ki, Salah bu mövsüm klubda 40 oyunda 30 qol vurub və 22 məhsuldar ötürmə edib.