EN

İstanbulda konteyner gəmisi 270 metrlik “Mia” ilə toqquşdu

"Orita" konteyner gəmisi Mərmərə dənizində sahilə yaxın olan Bəylikdüzü bölgəsində dayanmış “Mia” tankerinə çırpılıb.

Sitat.info xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Toqquşma nəticəsində 270 metrlik “Mia” gəmisinin ballast çəni zədələnib. Zərər nəticəsində çirklənmiş su dənizə sızıb. Hadisə yerinə yedək gəmiləri göndərilib.

Bildirilib ki, neft sızmasının qarşısı alınıb.

Chosen
18
sitat.info

1Sources