EN

“Zirə” mozambikli futbolçunu rənglərinə bağlayıb

“Zirə” yeni futbolçu ilə anlaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Qeyd edilib ki, "qartallar" Rikardo Martins Gimaraynş "Quima"nı heyətinə qatıb.

Mozambikli yarımmüdafiəçiylə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində Portuqaliyanın "Oliveyrense", "Sportinq B", "Akademika", "Çaves", Polşanın "LKS Lodz" və Türkiyənin "Iğdırspor" klublarında çıxış edib. Mozambik millisinin üzvü olan futbolçu yığmada keçirdiyi 15 oyunda 2 dəfə fərqlənib.

Chosen
74
10
ikisahil.az

10Sources