EN

8 Mart kişilərin də bayramıdır!!!

Bu gün 8 Mart Beynəlxalq Qadınlar günüdür! Böyük Bayramdır! Hər il Anamı təbrik etmək üçün əlimdən gələni edirdim, sonra sevdiyim və əziz xanımları, sonra qızlarımı... Və in şa Allah nəvə qızlarımı da təbrik edəcəyəm. Bu hər bir kişinin borcudur!

Düşünürəm ki, səbəbindən asılı olmayaraq, bu gözəl Bayramdır. Axı qadınlar bizim cəmiyyətimizin, mənəviyyatımızın, sülhün, məhəbbətin və əmin-amanlığın memarlarıdır.

Bir çoxları gileylənir ki, niyə "Kişi bayramı" yoxdur, amma "Qadın bayramı" var... Məncə, biz kişilər qadına dəyər verən, hörmət edən və aliləşdirən bir mədəniyyətə malik dünyada yaşamalıyıq.

Və burada biz ağa deyil, daha çox xidmətçi rolunda fəal olmalıyıq. Xidmətçilərin isə bayramı olmur... Ona görə ki, biz kişilər Qadınlarımıza qulluq etdiyimiz hər gün bizim üçün Bayramdır!

Bütün Xanımları ürəkdən təbrik etməklə yanaşı bu gün bizim VMF kafelərdə onlara qulluq etməyin davamı olaraq hər birinə pulsuz içkilər "ikram" edəcəyik!

Var olun!

Chosen
6
anspress.com

1Sources