EN

«Laser Beauty Estetik Klinikasi» lisenziyasız işləyirmiş – 20 MİN MANAT CƏRİMƏ

Azərbaycanda estetik klinikalara sərt nəzarət davam edir.

Xüsuilə indiyə qədər estetik cərrahiyyə sahəsindəki qanunsuzluqları müşahidəçi kimi izləyən Səhiyyə Nazirliyi son dövrlər mətbuatda bu sahədə yayılan məlumatlardan, həmin məlumatların ictimaiyyət arasında yayılmasından, xüsusilə də hüquq mühafizə orqanlarının fəaliyyətə başlamasından sonra hərəkətə keçib.

FED.az xəbər verir ki, nəzarət tədbirləri nəticəsində bəzi klinikalar lisenziyaları dayandırılsa da, fəaliyyəti davam etdirməkdən çəkinmirlər. 

Belə ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi bu dəfə Bakı şəhəri Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində fəaliyyət göstərən “LASER BEAUTY ESTETİK KLİNİKASI” MMC-yə məxsus klinikada plandankənar yoxlama keçirilib.

Analitik Ekspertiza Mərkəzinin bu barədə məlumatında xatırladılır ki, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Klinikası”nın həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılmışdı. Müüəssisəyə isə martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulmuşdu.

«Lakin, orada tibbi prosedurların davam etdirilməsi barədə məlumatlar alınıb. Bununla əlaqədar olaraq, baş həkim Rəna Soltanovanın iştirakı və təqdim etdiyi sənədlər əsasında klinikada Səhiyyə Nazirliyi tərəfindən yoxlama keçirilib».

Nazirlik yoxlamanın nəticəsini açıqlamayıb, amma bildirilib ki, yoxlamanın nəticəsi olaraq, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən, “LASER BEAUTY ESTETİK KLİNİKASI” MMC-yə inzibati xəta haqqında protokol tərtib edilib.

FED.az xəbər verir ki, İXM-nin 210-cu maddəsi lisenziyasız tibbi fəaliyyət göstərməyə aid məsələni tənzimləyir. Bu maddəyə əsasən, fiziki şəxslər 2000-3000 manat, vəzifəli şəxslər 5000-10000 manat, hüquqi şəxslər isə 20-30 min manat cərimə edilir.

Başqa sözlə, yoxlamanın nəticəsi olaraq “LASER BEAUTY ESTETİK KLİNİKASI” MMC-yə 20-30 min manat  cərimə yazılıb.

Chosen
10
fed.az

1Sources