EN

Suriyada 130-dan çox dinc sakin silahlı toqquşmaların qurbanı olub

Suriyada gedən döyüşlərdə 130-dan çox dinc sakin həlak olub.

hakimiyyet.az xəbər verir ki, bu barədə İraqın "Rudaw" telekanalı məlumat yayıb.

Suriya İnsan Haqları Müşahidə Qrupu Suriyanın qərbində keçirilən genişmiqyaslı əməliyyat zamanı 134 mülki şəxsin həlak olduğunu bildirib.

Qeyd olunub ki, ölənlər arasında 13 qadın, beş uşaq da var. Ümumilikdə isə son iki gün ərzində 229 nəfər hərbi toqquşmaların qurbanı olub.

Xatırladaq ki, ötən gündən etibarən Əl-Laziqiyyə və Tartus şəhərlərinə Suriya ordusu ilə Bəşər Əsədə bağlı silahlılar arasında şiddətli toqquşmalar başlayıb.

Chosen
23
hakimiyyet.az

1Sources