EN

Misli Premyer Liqası: Bu gün "Araz-Naxçıvan" "Qarabağ"la üz-üzə gələcək

Misli Premyer Liqasının XXVI turunda bu gün "Araz-Naxçıvan" "Qarabağ"la qarşılaşacaq.

“Liv Bona Dea Arena”da baş tutacaq və Kamal Umudlunun idarə edəcəyi görüşün start fiti saat 19:00-da səsləndiriləcək.

“Qarabağ” hazırda turnir cədvəlində 60 xalla lider mövqeyindədir. Üçüncü pillədə olan “Araz-Naxçıvan”ın isə 46 var.

Misli Premyer Liqası

III dövrə, XXVI tur

8 mart

19:00. “Araz-Naxçıvan” – “Qarabağ”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Anar Salmanov.

"Liv Bona Dea Arena"

Qeyd edək ki, turun digər görüşləri martın 9-da və 10-da keçiriləcək.

Chosen
11
3
cbcsport.az

6Sources