EN

Beynəlxalq diyeta ölçüləri hamıya şamil edilməlidirmi?

HƏR ÖLKƏNİN ÖZ YEMƏK PORSİYASI VAR
Qida porsiyaları bütün dünyada fərqlidir, lakin elmin bununla heç bir əlaqəsi yoxdur - yeni araşdırma bunun səbəbini izah edir.
Qida əsaslı pəhriz qaydaları beynəlxlaq standartlarla nəzərə alınmırmı? ALimlər bu sualın cavabını araşdırıb. “Frontiers in Nutrition” jurnalında dərc olunan son araşdırmada tədqiqatçılar pəhriz qaydalarına fərqli yanaşmaları müqayisə edərək coğrafiya və metodologiyanın müxtəlif qida qrupları üçün təklif olunan miqdarlara əhəmiyyətli dərəcədə təsir etdiyini göstəriblər.
Regional qida ölçülərini təhlil edərkən tədqiqatçılar bəzi nəzərəçarpacaq fərqləri qeyd edib. Məsələn, balıq porsiyası Avropa ilə müqayisədə Latın Amerikası üçün pəhriz tövsiyələrində əhəmiyyətli dərəcədə daha az çəkidə olub. Bu, çox güman ki, metodoloji fərqlərdən daha çox, pəhriz vərdişləri, qiymətlər və məhsulun əlçatanlığı ilə də bağlıdır.
Tədqiqat göstərib ki, dünyanın müxtəlif ölkələrində beynəlxalq standartlar deyil, yerli qida porsiyalarına əsasən pəhriz seçilir. Mütəxəssislər bunu regionda yaşayan əhalinin spesifikliyi ilə əlaqələndirir.

Saglamolun.Az





Chosen
3
saglamolun.az

1Sources