EN

Rusiyanın Ukraynaya 8 mart hücumu - Dron və raket zərbələri 11 nəfəri öldürüb, 30 nəfəri yaralayıb

Şənbə günü, martın 8-nə keçən gecə Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Dobropilya şəhərinə hücumu nəticəsində azı 11 nəfər ölüb, daha 30 nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

“Qaranlıqda ruslar şəhərə üç zərbə endirdilər”, - deyə vilayət administrasiyasının rəhbəri Vadim Filaşkin yazıb. O, yaşayış binasında baş verən yanğının fotosunu yayıb.

Zərbə nəticəsində səkkiz beşmərtəbəli yaşayış binasına, bir inzibati binaya və 30 avtomobilə ziyan dəyib. Xilasedicilər bildiriblər ki, Rusiya qüvvələri yanğını söndürərkən ikinci zərbəni endirərək yanğınsöndürən maşına ziyan vurub. Müharibədən əvvəl Dobropillyada 30 minə yaxın insan yaşayırdı. Şəhər gərgin döyüşlərin predmeti olan Pokrovskdan 20 km şimalda yerləşir.

Odessa administrasiyasının rəhbəri Oleq Kiper də Rusiya pilotsuz təyyarələrinin gecə hücumu barədə məlumat verib. Onun sözlərinə görə, zərbələr Odessanın mülki və enerji infrastrukturuna endirilib. “Düşən PUA qalıqları nəticəsində sənaye binası və yanacaqdoldurma məntəqəsi yanıb”, - Kiper yazıb və zərərçəkənlər haqqında məlumatın dəqiqləşdirildiyini bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, ümumilikdə, gecə ərzində Rusiya ordusu tərəfindən 145 pilotsuz uçan aparat və üç raket atılıb. Onlardan 79 pilotsuz təyyarə vurulub, daha 54-ü isə hədəflərinə çatmayıb. Hücum Donetsk, Poltava, Xarkov, Sumi və Odessa vilayətlərini əhatə edib. /AzPolitika.info/

Chosen
10
turkustan.az

1Sources