“Real Madrid”in qapıçısı Andrey Lunin karyerasını "kral klubu“nun əzəli rəqibi "Barselona”da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı “Defensa Central” yayıb.
Xəbərə görə, Kataloniya klubunun prezidenti Xuan Laporta bu yaxınlarda qapıçının meneceri ilə görüşərək 26 yaşlı ukraynalının mümkün keçidini müzakirə edib.
"Real Madrid" Lunini prinsipial rəqibinə satmağa həvəsli deyil. “Barselona”dan başqa, “Mançester Yunayted” də ukraynalı qapıçının xidmətində maraqlıdır.
"Transfermarkt" Luninin dəyərini 20 milyon avro qiymətləndirir.
Xatırladaq ki, Andrey Lunin cari mövsümdə “kral klubu”nun heyətində bütün turnirlərdə 9 oyun keçirib və 12 qol buraxıb. O, bu görüşlərin dördündə qapısını toxunulmaz saxlayıb.
Mirağa