EN

"Araz-Naxçıvan" "Qarabağ"la oyuna 5 itki ilə çıxacaq - ADLAR

Misli Premyer Liqasının 26-cı turunda "Qarabağ"ı qəbul edəcək "Araz-Naxçıvan" oyuna ciddi itkilərlə çıxacaq.

Fanat.Az-ın klubun mətbuat xidmətindən aldığı məlumata görə, baş məşqçi Elmar Baxşıyev liderlə matçda 5 futbolçusunun xidmətindən yararlana bilməyəcək. 

Ramon Maçado, Miço Kuzmanoviç və Mustafa Əhmədzadə zədə səbəbindən bu oyunda komandaya kömək edə bilməyəcəklər. İki futbolçu isə cəza səbəbindən matçı buraxır. Vanderson və İqor Ribeyro sarı vərəqə limitini doldurduqlarına görə cəzalı duruma düşüblər.

Qeyd edək ki, bu gün, 8 martda baş tutacaq "Araz-Naxçıvan" - "Qarabağ" görüşünün start fiti 19:00-da səsləndiriləcək.

Mirağa

Chosen
8
fanat.az

1Sources