İranın BMT-dəki daimi nümayəndəliyi ABŞ prezidenti Donald Trampın ali lider Ayətullah Seyid Əli Xamneiyə yeni nüvə sazişi üzrə danışıqların aparılmasını təklif edən məktub göndərməsi ilə bağlı son iddiasını rədd edib.
Demokratikmusavat.com “Mehrnews”ə istinadən xəbər verir ki, iranlı diplomat bununla bağlı açıqlama verib. “Biz hələ belə bir məktub almamışıq”, - o qeyd edib.
Tramp daha əvvəl İranla nüvə sazişi üzrə danışıqlar aparmaq istədiyini və cümə axşamı ölkə rəhbərinə danışıqlara razılıq verəcəklərinə ümid ifadə edən məktub göndərdiyini bildirib.
“Düşünürəm ki, onlar bu məktubu almaq istəyirlər”, - Tramp deyib.
İran tərəfi isə dəfələrlə nüvə silahı hazırlamaq niyyətində olmadığını bildirib və nüvə texnologiyasının yalnız mülki məqsədlər üçün nəzərdə tutulduğunu vurğulayıb.
Mürtəza
Demokratikmusavat.com