EN

Fransa qoşunları Seneqaldakı iki hərbi bazasını tərk edib

Martın 7-də Fransa Seneqalın paytaxtı Dakkardakı iki hərbi obyektinə nəzarəti rəsmi olaraq ölkə rəhbərliyinə təhvil verib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, b barədə Fransanın Seneqaldakı səfirliyi bəyanat yayıb.

Məlumata görə, fevralın 28-də ikitərəfli birgə komissiyasının qərarına və hərbi əməkdaşlıq haqda ölkələr arasında 2012-ci ildə imzalanmış hərbi müqaviləyə əsasən, Fransa tərəfi Mareşal və Sent-Ekzüperi bazalarında yerləşən obyektləri və yaşayış yerlərini Seneqala təhvil verib.

Fransanın diplomatik missiyasının bildirdiyinə görə, Hann parkı yaxınlığında yerləşən bazaların təhvil-təslimi prosesinə 2024-cü ildən başlanılıb. Fransanın ölkədəki qalan hərbi bazaları isə öncədən razılaşdırılmış qrafik üzrə qarşı tərəfə təhvil verilməlidir.

Chosen
55
10
azpost.info

10Sources