EN

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun final günü start götürüb

Bakı,TurkicWorld

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku davam edir.

TurkicWorld xəbər verir ki, yarışda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında Nazənin Teymurova (6 alətin hər birində) və Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edəcəklər.

Dörd günlük yarışların yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" kuboku da təqdim olunacaq.

Chosen
26
5
turkic.world

10Sources