EN

6 uşaq anası niyə İNTİHAR EDİB?- VİDEO

Xəbər verdiyimiz kimi, Göyçay rayon İnçə kənd sakini, 6 uşaq anası Gülnarə Səmədova intihar edib. 

Bakıvaxtı.az xəbər verir ki, 43 yaşlı xanımın həyat yoldaşı Elçin Səmədov “Baku TV”yə bildirib ki, ailənin böyük övladı 18, kiçiyi isə 5 yaşındadır. 

Ailə başçısı deyib ki, xanımının işləməsini istəməyib: “Mən ona dedim ki, işə getmə. O isə bildirdi ki, “yox, mən işləyəcəyəm”. Allah bərəkət versin, 630 manat sosialdan alıram. 600 manat da özüm çobanlıqdan qazanıram. İstixanalarda, bağlarda işləyib günə 15-20 manat qazanırdı. Uşağı da yanına alıb gedirdi. Gələndə deyirdi ki, “yorğunam, ağrıyıram”. Deyirdim getmə də, qal bir az dincəl. Bu qarlı günlərdə mən onu saxlaya bilmədim. O soyuqda, şaxtada səhər saat 5-də gedirdi, axşam 9-un yarısı gəlirdi. 9-da qadın evə gələr? Gəlməz axı. Bəs evdə 6 bala qoyub gedirsən, onlar da yazıqdır da, yeməkləri, içməkləri, məktəbləri var. Mən buna görə istədim ki, işləməsin, otursun evdə, mənim uşaqlarıma baxsın. O da buna etiraz etdi”.

Mərhumun həyat yoldaşı onu da bildirib ki, hadisə baş verən vaxt evdə olmayıb: “Mən də çıxıb getdim işimə. Ötən ayın 24-ü getmişəm, martın da 6-sı eşitdim ki, özünü asıb. Böyük uşağa balacaları da verib ki, məktəbə, bağçaya aparsın. O da aparıb və qayıdanda görüb ki, anası özünü ağacdan asıb”.

Qadının qaynı Coşqun Səmədovun sözlərinə görə isə ailə çox yaxşı dolanıb: “Nə döyür, nə söyürdü. Yazıq hər şeyi də edirdi. Mən evdə yox idim. Gəldim gördüm ki, millət tökülüb qapıya”. 

Qeyd edək ki, 6 uşaq anası martın 6-da günorta saatlarında özünü yaşadığı evin həyətindəki meyvə ağacından asıb. Hazırda faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır. 

Chosen
2
2
bakivaxti.az

3Sources