Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.
İlk oyun günündə bir qarşılaşma baş tutub.
"Operativ Media" xəbər verir ki, "Araz-Naxçıvan" doğma meydanda "Qarabağ"ı qəbul edib.
Matç Ağdam təmsilçisinin 3-1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan Premyer Liqası
26-cı tur
8 mart
Araz-Naxçıvan – Qarabağ 1:3
Qollar: F.Santos, 35 – N.Axundzadə, 44, L.Andrade, 77, E.Addai, 90+6
Baş hakim: Kamal Umudlu
“Liv Bona Dea Arena”