Bakı, TurkicWorld
Türkiyənin Qaziantep vilayətində 3.9 bal gücündə zəlzələ baş verib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) verdiyi məlumatda deyilir.
İlkin məlumatlara görə, zəlzələ saat 18:56-da baş verib. Yeraltı təkanın 10.05 kilometr dərinlikdə olduğu bildirilib.
Zəlzələ ətraf vilayətlərdə də hiss edilib. Hazırda hər hansı bir tələfat və ya maddi ziyanla bağlı rəsmi açıqlama verilməyib.