EN

“Qarabağ” səfərdə “Araz-Naxçıvan”ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVl turun açılış günündə “Araz-Naxçıvan” və “Qarabağ” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutan qarşılaşma qonaqların qələbəsilə yekunlaşıb - 1:3.

FIFA referisi Kamal Umudlunun idarə etdiyi görüşdə hesabı meydan sahibləri açıb. Naxçıvan təmsilçisinin braailiyalı yarımmüdafiəçisi Fellipe Santos 35-ci dəqiqədə komndasına qol sevincini yaşadıb. Ağdam klubunun 90 nömrəli oyunçusu Nəriman Axundzadə 44-cü dəqiqəsində hesabı bərabərləşdirib. Portuqaliyalı oyunçusu Leandro Andrade isə 77-ci dəqiqədə ikinci qolun müəllifi olub. 90+6-cı dəqiqədə Emmanuel Addai qonaqların qələbə qolunu vurub.

Bu, Andradenin cari mövsümdə 12-ci, Santosun 10-cu və Axundzadənin 8-ci qoludur.

Bu nəticədən sonra Ağdam təmsilçisi 63 xalla liderliyini daha da möhkəmləndirib. Naxçıvan komandası isə 46 xalla 3-cüdür.
Qeyd edək ki, turun digər oyunları 9-10 martda keçiriləcək. “Şamaxı” “Sabah”ı, “Zirə” “Səbail”i, “Sumqayıt” “Kəpəz”i, “Neftçi” isə “Turan Tovuz”u qonaq edəcək.
Chosen
17
1
sherg.az

2Sources