Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Sumqayıt şəhəri ərazisində bir nəfərin 95000 manatının etibarından sui-istifadə etmək yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 32 yaşlı şəhər sakini H.Həsənli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.