EN

Aktrisa Pamela Bax intihar edib

...Qəza və onun buraxdığı xəsarətlər bir il əlil arabasında qalmağa və artrit ağrısı ilə mübarizə aparmağa məcbur etmişdi.

SİA-nın məlumatına görə, “Baywatch” (“Malibu xilasediciləri”) serialında Kay Morqan obrazı ilə tanınan aktrisa Pamela Bax martın 5-də intihar edib.

Onun nümayəndəsi Terri Ahern bu hərəkətinin səbəblərindən danışıb.

Aktrisa 62 yaşında dünyasını dəyişib. O, mehriban və köməyə ilk gələn idi, həmişə gülür və gülümsəyirdi. Onun həyatını belə başa vuracağını təsəvvür etmək mümkün deyildi. Bununla belə, 20 ildən çox əvvəl Bax həyatından bir il çəkən ciddi sağlamlıq problemləri ilə üzləşdi və onu ağrılar yaşamağa, əlil arabasında hərəkət etməyə məcbur etdi.

Bunları Ahern xatırlayır.

2003-cü ildə aktrisanın keçmiş əri David Hasselhoff onunla birlikdə motosiklet sürərkən idarəetməni itirib və bordürə çırpılıb.

Nəticədə Bax boyun və bel nahiyəsindən xəsarət almışdı. Aktrisa bir neçə ay reanimasiyada yatdı və sonra artrit onu narahat etməyə başladı.

Ahern, "Qəza nəticəsində yaranan artritdən Pamelanın bədəni dağıldı" deyib.

Nazlı Almuradova

Chosen
20
sia.az

1Sources