EN

ABŞ Rusiyanın kriptovalyuta mübadilə domenlərini ələ keçirdi...

ABŞ Ədliyyə Nazirliyi Almaniya və Finlandiya ilə birlikdə Rusiyanın “Garantex” kriptovalyuta birjasının onlayn infrastrukturunu bloklayıb. ABŞ səlahiyyətliləri platformanı sanksiyaları pozmaqda və cinayət gəlirlərinin yuyulmasında ittiham edib.

SİA-nın məlumatına görə, press-relizdə deyilir ki, martın 6-da ABŞ Gizli Xidmətinin (USSS) rəhbərlik etdiyi ABŞ hüquq-mühafizə orqanları üç Garantex domenini ələ keçirib: Garantex.org, Garantex.io və Garantex.academy.

Almaniya və Finlandiya birjanı idarə edən serverləri müsadirə ediblər.

ABŞ Məxfi Xidməti həmçinin Garantex-in serverlərinin surətlərinə, o cümlədən müştəri məlumat bazalarına və mühasibat qeydlərinə çıxış əldə etdiyini bildirib. Bundan əlavə, çirkli pulların yuyulmasında şübhəli bilinən 26 milyon dollardan çox vəsait dondurulub.

Həmin gün Garantex, 2,5 milyard rubl məbləğində USDT stabilkoininin emitenti Tether tərəfindən pul kisələrinin bloklandığını bildirib. Platforma bütün xidmətləri, o cümlədən kriptovalyutanın çıxarılmasını dayandırıb. “Garantex” saytında qeyd edilir ki, dayandırılması texniki işlərlə bağlıdır.

ABŞ səlahiyyətlilərinə görə, Garantex 2019-2025-ci illərdə Rusiyada yaşayan Litva vətəndaşı Aleksey Beşokov və BƏƏ-də yaşayan Rusiya vətəndaşı Aleksandr Mira Serda tərəfindən idarə olunub.

Onlar çirkli pulların yuyulması üçün sui-qəsddə, Aleksey Beşçokov da ABŞ-ın sanksiya qanunlarını pozmaqda və qeydiyyatsız ödəniş xidmətini idarə etməkdə ittiham olunurlar.

Fevral ayında Aİ Garantex-i Rusiyaya qarşı 16-cı sanksiyalar paketinə daxil edib. ABŞ Maliyyə Nazirliyi 2022-ci ildə kriptovalyutaya qarşı sanksiyalar tətbiq edib.

Əli Babayev

Chosen
35
sia.az

1Sources