EN

Trampın qolf klubuna hücum edildi

Etirazçılar ABŞ Prezidenti Donald Trampın Şotlandiyadakı qolf meydançasını dağıdıblar.

 

Sfera.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

 

Hadisə “Palestine Action” hərəkatı tərəfindən törədilib. Qolf klubunun ərazisinə daxil olan etirazçılar qazona ağ boya ilə üç metrlik “Qəzza satılmır” şüarını yazıblar.

 

Buna səbəb Donald Trampın Qəzza haqqında dedikləri olub.

 

Belə ki, daha əvvəl ABŞ lideri Qəzzanı məhv etmək, orada etnik təmizləmə həyata keçirmək və Qəzzanı ələ keçirmək kimi bəyanatlarla çıxış etmişdi. Bu da fələstinlilərin kəskin etirazına səbəb olmuşdu.

Chosen
25
sfera.az

1Sources