EN

Elmar Baxşıyev: "Santosu belə sındıracaqlar, çətin"

"Maraqlı oyunun şahidi olduq. Yaxşı, dinamik oyun getdi. İndiki durumda kuboka görə dörd gündən bir tsikldə oynayırdıq. Komanda olaraq sıxıntılarımız var idi. Futbolçulara təşəkkür edirəm. Həmin sıxıntını meydanda bizə göstərmədilər. Uduzduq. "Qarabağ" yaxşı komandadır. Amma məğlubiyyəti unudub, qarşıdakı matça hazırlaşmalıyıq".

İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Qarabağ"la matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

O, Misli Premyer Liqasının 26-cı turunda qeydə alınmış 1:3 hesablı qələbəni şərh edib: "Həmişə gördüyümü deməyə çalışmışam. Heç kimdən çəkinəcəyim də yoxdur. Mənim dediklərimi həmkarlar başqa cür yozurlar. "Elmar donquldanır, zırıltısı gəlir" deyirlər. Həqiqəti həqiqət kimi göstərmək önəmlidir. Üç sarı vərəqəsi olan oyunçularımıza çox rahat "sarı" verirlər. Uzun mövzudur. Ümid edirəm ki, komanda olaraq belə çətinlikləri də adlayacağıq. Mənə də təəccüblü gəldi. 20 nəfər bir-biri ilə mübahisə edir. Bir nəfəri günahkar çıxarmaq acizlikdir. Fikirləşirlərsə, Santosu belə sındıracaqlar, çətin."

İdman.biz

Chosen
19
idman.biz

1Sources