Almaniya Bundesliqasında "Bayer" "Verder" oyunda həm xallar, həm də əsas oyunçusunu itirib.

Offsideplus.az xəbər verir ki, ikinci hissənin əvvəlində meydana daxil olan Florian Virts 59-cu dəqiqədə zədələnərək meydanı tərk edib. O, stadiondan qoltuqağacında ayrılıb. 

Alman futbolçu martın 11-də "Bavariya" ilə oyunda komandasını yalnız qoyacaq. O, cari mövsüm Bundesliqada 25 oyun keçirib, 9 qol və 10 assistə imza atıb.

Qeyd edək ki, "Bayer" - "Verder" oyununda 0:2 hesabı qeydə alınıb.