EN

Məşhur aktyor və həyat yoldaşının ölüm səbəbi bilindi

“Oskar” mükafatı laureatı, 95 yaşlı amerikalı aktyor Cin Hekmən və həyat yoldaşı 64 yaşlı Betsi Arakavanın ölüm səbəbi məlum olub.

Heftelik.az “Associated Press”-ə  istinadən xəbər verir ki, ekspertizanın nəticəsi Arakavanın hantavirusdan öldüyünü alzheimer xəstəsi olan ərinin isə bir həftə sonra ürək tutmasından öldüyünü müəyyənləşdirib.

Ehtimal ki, aktyorun xəstəliyi ona arvadının öldüyünü anlamağa imkan verməyib. Onlar ayrı-ayrı otaqlarda ölüblər.

Arakavanın fevralın 11-də, Hekmənin isə 18-də öldüyü təxmin edilir. Onlarla birlikdə itləri də ölü tapılıb.

Qeyd edək ki, hantavirus ABŞ-da yayıılmış nadir xəstəlikdir.

Xatırladaq ki, onların meyiti ABŞ-nin Nyu-Meksiko ştatının Santa Fe şəhərindəki evlərində aşkarlanıb.

Məşhur aktyor və xanımı ölü tapıldı

 

Chosen
47
16
heftelik.az

10Sources