İmişli rayonunda bədbəxt hadisə baş verib.
"Unikal" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, bir ailənin üç üzvü yaşadıqları evdə dəm qazından boğularaq ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.