DLB Consulting
Aparıcı mühasib
Son tarix 07 apr 2025 - [email protected]
Tələblər:
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Dil bilikləri: Rus dili – mükəmməl səviyyədə; İngilis dili, Azərbaycan dili – yüksək səviyyədə.
İş barədə məlumat:
- Müştərilərə vergi qanunvericiliyi, əmək qanunvericiliyi və mühasibatlıq standartları üzrə məsləhət xidmətləri göstərilməsi
- İşçilər və müştərilər üçün maaşların hesablanması və ödənilməsi, vergi orqanları ilə hesablaşmaların aparılması və lazımi hesabatların hazırlanması
- Müştərilər üçün vergi öhdəliklərinin vaxtında və düzgün ödənilməsi, o cümlədən mənfəət vergisi, ƏDV, sosial sığorta haqları və digər məcburi ödənişlər
- Əmək müqavilələrinin hazırlanması və bağlanması, iş münasibətlərindəki dəyişikliklərin qeydiyyatı və əmək haqqı ilə bağlı hesabatların hazırlanması
- Müştərilərin maliyyə əməliyyatlarının uçotunun aparılması, bütün mühasibat əməliyyatlarının düzgünlüyü və vaxtında icra olunmasına nəzarət
İş şərtləri:
- Həftədə 5 iş günü, saat 10:00-dan 17:00-dək
- Maaş 1500-2000 AZN
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Azure Business Center
Uyğun namizədlər CV-lərini "Aparıcı Mühasib" başlığı qeyd etməklə elektron poçt adresinə göndərə bilərlər