EN

"Yuxarıdakılar mənə deyiblər ki, sənə hər şey vermişik, bunu etmə"

"Yuxarıdakılar mənə deyiblər ki, sənə hər şey vermişik, bunu etmə""İndi cavanlar toya gedib oxuyurlar. Elə bilər orada oxumaq sənətdir. Toylarda sənət yoxdur. Mən sənətkaram. Mənə "Xalq artisti" adı veriblər. Çünki mən sənətin içində çalışmışam. Mən toylara getməmişəm. Mən sənət görmüşəm".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı "Üzləşmə" layihəsində deyib. O, niyə toylarda çıxış etməməsinə aydınlıq gətirib:

"Ukrayna, Moldova, Belarusiya, Qazaxıstana qastrollara gedirdik. İndi onlar yoxdur. Toylar pul mənbəyidir. Mən elə yaşdayam ki, rahatam, pensiyaçıyam. Hər şey necə lazımdır. Mənə çox lazım deyil. Cavan vaxtlarım olsaydı belə, indi gedib toylarda oxumazdım.

Yuxarıdakılar mənə deyiblər ki, Cavan xahiş edirik, toya getmə. Sənə hamısını vermişik. "Xalq artisti" adı, ev vermişik, getmə. İndi sən ayrı adamsan. Mən bunu başa düşdüm. Elə cavanlar var ki, pul sevirlər, qaça-qaçdır. Həftədə iki dəfə toya gedirəm, nə gözəl deyirlər. Onlara 500 manat verirlər, çıxıb deyirlər 5000 manat veriblər. Sizdən kim soruşub ki, nə qədər veriblər sizə?

Şou-biznes ayrı həyatdır. Gərək elə yaşayasan. Yaşım çoxdur. Bu, həyatdır. Göydəki edir bunları. O, səndən soruşmur. O, belə edir ki, rahat ol, bu cür lazımdır".

Chosen
23
12
big.az

10Sources