EN

Anton cəzalandırıldı, komandası qələbə qazandı

Cənubi Koreya çempionatında IV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Daequ” ilə qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

Krivotsyuk matçda start heyətində başlayıb və sona qədər meydanda olub. 26 yaşlı futbolçu 90-cı dəqiqədə sarı vərəqəylə cəzalandırılıb.

Xal ehtiyatını 9-a çatdıran “Daejeon” turnir cədvəlində lidedir.

 

Chosen
9
futbolpress.az

1Sources