EN

Vəzifəli şəxs piyadanın ölümündə şübhəli bilinir

Vəzifəli

Qaxda maşın piyadanı vuraraq öldürüb.

Reyting.az
APA-ya istinadla bildirir ki, hadisə axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Qax rayonunun Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan minik avtomobili 53 yaşlı Bakı şəhər sakini Natiq Tofiq oğlu Həsənovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisəni törətməkdə Zaqatala şəhər sakini Turan Əsədov şübhəli bilinir.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiridir.

Faktla bağlı araşdırma aparılır.
Chosen
10
23
reyting.az

10Sources