EN

Qətərin baş naziri: İranın nüvə obyektlərinə hücum region ölkələrini susuz qoyacaq

"İranın Körfəz sahillərindəki nüvə obyektlərinə hücum ediləcəyi təqdirdə dəniz tamamilə çirklənəcək və Qətər üç gün ərzində susuz qalacaq".

İki sahil” İHA-ya istinadla xəbər verir ki, bunu Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani deyib.

ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə tanınan sağçı media üzvü Taker Karlsona müsahibə verən Əl-Tani, mümkün hücumun təsirlərini simulyasiya etdiklərini söyləyib. İranın nüvə obyektlərinə edilən hücumun bölgə ölkələrini susuz qoyacağı ilə bağlı xəbərdarlıq edən Baş nazir, "Üç gün ərzində dəniz tamamilə çirklənəcək və Qətər susuz qalacaq. Su, balıq, heç bir şey yoxdur. Həyat yoxdur", - deyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
25
ikisahil.az

1Sources