EN

"Rabitabank OJSC" işçilər axtarır - VAKANSİYALAR

Rabitabank OJSC

İstehlak kreditlərinin monitorinqi üzrə Aparıcı mütəxəssis/Baş mütəxəssis

Son tarix 07 apr 2025 - Müraciət et

Təsvir

  • Rəhbərlik tərəfindən təsdiqlənmiş İstehlak kreditlərinin plana uyğun olaraq planlı və növbədənkənar monitorinqinin keçirilməsində iştirak edir;
  • Bakı şəhəri və regionlarda yerləşən filiallar tərəfindən verilmiş kreditlər üzrə planlı və növbədənkənar monitorinqlərin aparılması,
  • Kredit portfelinin müxtəlif indiqatorlar üzrə təhlil edilməsi,
  • Monitorinqin nəticələrinə əsasən rəy və hesabatların hazırlanması
  • Aşkarlanmış risk faktorlarının qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyyələrin verilməsi;
  • Riskli müştəriləri əvvəlcədən müəyyən etmək, kredit portfelinə gələcək təsirlərini ölçmək və riskləri minimuma endirmək üçün tələb olunan tədbirləri icra etmək;
  • Tələb olunan hesabatları hazırlayaraq aidiyyatı üzrə rəhbərliyə təqdim etmək;
  • Bank üzrə qəbul edilən qərarlardan irəli gələn vəzifələri, bankdaxili əmr, sərəncam və göstərişlərin tələblərini yerinə yetirir;

Şöbə müdirinin tapşırığına əsasən əsasnaməyə və bankdaxili normativ sənədlərə uyğun vəzifələri yerinə yeritir.

Tələblər

  • Ali təhsil (iqtisadi təhsil arzuolunandır);
  • Bank sahəsi üzrə 3 illik iş təcrübəsi (İstehlak kreditləri sahəsi üzrə);
  • Analitik təhlil və düşünmə bacarığı;
  • Komandada işləmək bacarığı
  • Kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin sahəvi təhlili sahəsində biliyə sahib olmalı;
  • İstehlak kreditlərinin qiymətləndirilməsi üzrə bacarıqlar;
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili arzu olunandır;
  • Yüksək ünsiyyət qurma bacarığı;
  • Stressə davamlılıq, komandada işləmə bacarığı;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə - 3-4 il
  • Təhsil - Natamam ali

 

Mikro kreditlərinin monitorinqi üzrə Baş mütəxəssis/Ekspert

 Son tarix 07 apr 2025  - Müraciət et

Təsvir

  • Biznes və mikro kreditlərin planlı və növbədənkənar monitorinqinin keçirilməsində iştirak edir;
  • Kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməsini yoxlamaq, səyyar montorinqlər təşkil edərək biznesin fəaliyyət yerində yoxlama aparmaq;
  • Səyyar monitorinqlərin nəticəsi olaraq kredit risklərini (müştərinin maliyyə vəziyyətini və gələcəkdə krediti qaytarma qabiliyyətini) qiymətləndirmək;
  • Səyyar monitorinqin nəticəsi olaraq müvafiq aktları tərtib etmək;
  • Riskli müştəriləri əvvəlcədən müəyyən etmək, kredit portfelinə gələcək təsirlərini ölçmək və riskləri minimuma endirmək üçün tələb olunan tədbirləri icra etmək;
  • Tələb olunan hesabatları hazırlayaraq aidiyyatı üzrə rəhbərliyə təqdim etmək;
  • Səlahiyyətli şəxs/orqan tərəfindən təsdiq edilmiş monitorinq planlarının icrasını təmin edir;
  • Bank üzrə qəbul edilən qərarlardan irəli gələn vəzifələri, bankdaxili əmr, sərəncam və göstərişlərin tələblərini yerinə yetirir;
  • Şöbə müdirinin tapşırığına əsasən əsasnaməyə və bankdaxili normativ sənədlərə uyğun vəzifələri yerinə yeritir.

Tələblər

  • Ali iqtisadi təhsil;
  • Bank sahəsində mikro kreditlərinin monitorinqi sahəsi üzrə minimum 1 (bir) illik iş təcrübəsi; (Mikro kreditləri sahəsində minimum 2 (iki) il iş təcrübəsi arzuolunandır)
  • Microsoft Office üzrə biliklər;
  • Analitik düşüncə və təhlil etmə bacarığı;
  • Mikro krediti müştərilərinin maliyyə hesabatlarının təhlili bacarığı;
  • Biznes müştərilərinin bizneslərinin fəaliyyət ünvanlarına səyyar monitorinq edərək fəaliyyətin cari vəziyyətini qiymətləndirmə bacarığı;
  • Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin kredit ödənişlərində gecikmələrin yarandığı halda aradan qaldırılması məqsədi ilə müvafiq tədbirləri həyata keçirə bilmək bacarığı;
  • Ünsiyyətqurma qabiliyyəti;

Beynəlxalq sertifikatların ACCA (F3) olması üstünlükdür.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə - 1-2 il
  • Təhsil - Natamam ali

 

KOS kreditlərinin monitorinqi üzrə Baş mütəxəssis/Ekspert

 Son tarix 07 apr 2025 Müraciət et

Təsvir

  • Sahibkarlıq subyektinin kredit sifarişində qeyd edilmiş fəaliyyət növü ilə məşğul olub-olmamasının yoxlanılması;
  • Təsdiq olunmuş limitlərə filiallar tərəfindən riayət olunmasına nəzarət etmək, rəsmiləşdirilmiş kreditlər üzrə kredit rəylərinin düzgün tərtib olunmasına və iqtisadi-maliyyə təhlilin tamlığının yoxlanılması məqsədilə səyyar və distant (məsafədən) yoxlamalar aparmaq;
  • Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;
  • Kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunun və vəziyyətinin yoxlanılması.
  • KOS riskli müştəriləri üçün müxtəlif fəaliyyət planlarını artırmaq;
  • Müştərilərin kredit ödənişlərinə, gecikmələrinə və ödəmə planı haqqında məlumatları toplamaq;
  • Riskli müştərilərin vaxtında baxış siyahısına daxil edilməsinə, azaldılması planlarının yerinə yetirilməsinə və müştəri davranışlarını izləmək;
  • Müştərilərin kredit ödənişlərinə, gecikmələrinə və ödəmə planı haqqında məlumatları toplamaq;
  • Müştəri tərəfindən kredit verilməmişdən əvvəl razılaşdırılmış biznes və maliyyə şərtlərinin yerinə yetirilməsinə nail olmaq;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
  • Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 2 il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office, Excel, Word və s.;
  • Analitik düşüncə;
  • Məhsul üzrə biliklər: Bank məhsulları;
  • Bazar üzrə biliklər: Tələb olunur;
  • Başqa tələblər: - Maliyyə hesabatı anlayışı, Güclü ünsiyyət bacarıqları, Yenilikçi düşüncə və özünü inkişaf etdirməyi təşviq etmək, Sənaye üzrə bizneslərin analizi, Xarici risk faktorlarını və dinamikasını kredit portfelinə tətbiq etmək bacarığı.
  • Stressə davamlılıq, komandada işləmə bacarığı;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə - 1-2 il
  • Təhsil - Natamam ali
Chosen
26
fed.az

1Sources