EN

Qusarda avtomobil YANDI - FOTO

 

Qusarda avtomobil yandı. Hadisə axşam saatlarında Qusarın Çiləgir kəndində qeydə alınıb.
Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, kənd sakini, 25 yaşlı Murad Nemətova məxsus VAZ-2106 markalı avtomobilin qəfil alışması nəticəsində nəqliyyat vasitəsinin yanar konstruksiyaları yanıb. 
Hadisə yerinə gələn Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi avtomaşının söndürülməsini təmin edib, yanğının genişlənməsinin qarşısı alınıb.

Chosen
6
1
avtosfer.az

2Sources