Martın 7-də axşam saatlarında Rusiya Donetsk vilayətinin Dobropilya şəhərini PUA və raketlərlə kütləvi atəşə tutub.
Zərbələr nəticəsində azı 11 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
Ölkənin Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib ki, 8 beşmərtəbəli bina, bir inzibati bina və 30 avtomobilə ziyan dəyib. Yaşayış binalarında və inzibati binada yanğınlar baş verib.
Donetsk Vilayət Dövlət Administrasiyasının sədri Vadim Filaşkinin sözlərinə görə, Rusiya hərbçiləri gecə saatlarında şəhərə üç zərbə endiriblər.