EN

ABŞ Çindən COVID-19-a görə milyardlarla dollar təzminat tələb edir

...Missuri ştatının Şərq dairəsi Çin hökumətinin pandemiyanın əvvəlində koronavirusun yayılması ilə bağlı məlumatları gizlətməkdə günahkar olduğuna qərar verib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, Məhkəmə Çini 24 milyard dollardan çox ödəməyə məcbur edir.

Xatırladaq ki, Çinə qarşı iddia 2020-ci ilin aprelində Missuri Baş Prokuroru tərəfindən qaldırılıb.

Səlahiyyətlilər Pekinin COVID-19-un mövcudluğu və yayılması ilə bağlı məlumatları gizlətdiyini və sonra xaricə fərdi qoruyucu vasitələrin tədarükünü dayandırdığını iddia edib.

Hakim Stiven N. Limbo qərarında Çinin “pandemiyanın təhlükələri və miqyası haqqında dünyanı çaşdırdığını”, eləcə də “tibbi resursları yığmaq üçün inhisarçılıq təcrübələri ilə məşğul olduğunu” söyləyib.

Onun fikrincə, bu, ABŞ-da pandemiyaya vaxtında cavab verməyi xeyli çətinləşdirib və tibb işçiləri üçün qoruyucu vasitələrin çatışmazlığına səbəb olub.

Missuri səlahiyyətliləri, ABŞ-dakı Çin aktivlərinə həbs daxil olmaqla, məhkəmə qərarını icra etmək niyyətində olduqlarını söyləyib.

Rəsmi Pekin artıq hökmlə razılaşmadığını bildirib.

...Xatırladaq ki, 2019-cu ilin dekabrında Çin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) Uhan şəhərində sətəlcəm xəstəliyinin baş verməsi barədə rəsmi məlumat vermişdi. 2020-ci ilin mart ayında ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus, virusun sürətlə yayılması səbəbindən

COVID-19-u pandemiya elan etdi.

Son məlumatlara görə, dünyada 7 milyondan çox insan koronavirusdan dünyasını dəyişib. 2025-ci ilin yanvarında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) virusun laboratoriyada yaradıldığını göstərən hesabat dərc etdi.

Əli Babayev

Chosen
12
sia.az

1Sources