EN

Onların fikrincə, "Arsenal" və "Bavariya" "Liverpul"dan daha güclüdür

PSJ-nin oyunçuları Çempionlar Liqasının 1/4 finalına yüksələcəklərinə əmindirlər.

Sportal.az xəbər verir ki, "L'Équipe" nəşrinin məlumatına görə, PSJ futbolçuları 1/8 finalın ilk matçında "Liverpul"a 0:1 hesabı ilə uduzmaqlarına baxmayaraq, səfərdə vəziyyəti dəyişə biləcəklərinə inanırlar. Komanda nəticədən məyus olsa da, ruhdan düşməyib. Hətta bəzi oyunçular qapıçı Canluici Donnarummaya təsəlli verərək, "Narahat olma, biz növbəti mərhələyə keçəcəyik" deyiblər.

Bildirilir ki, ilk matçdan sonra PSJ-nin inamı daha da artıb. Futbolçular "Liverpul"un oyunun əvvəlindən vaxt uzatmasına və matça nəzarət edə bilməməsinə təəccübləniblər.

PSJ oyunçularının fikrincə, "Arsenal" və "Bavariya" "Liverpul"dan daha güclüdür. Mersisaydlıların oyun səviyyəsi onlar üçün gözlənilməz olub.

saytlarin hazirlanmasi

Chosen
14
sportal.az

1Sources