EN

Zelenski: Kiyev Səudiyyə Ərəbistanındakı danışıqlarda Ukraynanın maraqlarının nəzərə alınacağına ümid edir

Ukrayna ABŞ ilə Səudiyyə Ərəbistanında danışıqların məhsuldar olacağını gözləyir və Ukraynanın maraqlarının nəzərə alınacağına ümid edir.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.

“Biz Səudiyyə Ərəbistanında görüş hazırlayırıq. Əminəm ki, görüş məhsuldar olacaq: Biz Ukraynada bunu etməkdə qərarlıyıq. Biz Ukraynanın maraqlarının nəzərə alınması üçün hər şeyi edəcəyik” - deyə dövlət başçısı vurğulayıb.

Chosen
37
4
apa.az

4Sources