EN

"Barselona"nın iştirak etdiyi matç həkimin ölümü səbəbindən ləğv edilib

İspaniya çempionatının 27-ci turu çərçivəsində keçirilməli olan "Barselona" – "Osasuna" oyunu təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Matçın təxirə salınmasına "Barselona"nın həkiminin bir neçə saat öncə vəfat etməsi səbəb olub. Klubun futbolçuları və nümayəndələri hadisədən şokda olduqlarını bildiriblər.

Görüş 9 mart tarixində Bakı vaxtı ilə saat 00:00-da baş tutmalı idi.

26 oyundan sonra "Barselona" 57 xalla turnir cədvəlinə başçılıq edir, "Osasuna" isə 33 xalla 11-ci pillədə qərarlaşıb.

Chosen
35
report.az

1Sources