EN

8 martda ən bahalı və ucuz gül buketlərinin satıldığı ölkələr

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



8 Mart - Beynəlxalq Qadınlar Günü üçün ən bahalı gül buketləri Cənubi Koreya, Ermənistan və Argentinada satılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat paylaşıb.
Belə ki, Cənubi Koreyada kiçik buketin qiyməti 28.6 dollar, Ermənistanda 24.7 dollar, Argentinada isə 22.2 dollara başa gəlir.
Güllərin yüksək qiymətləri Avstraliya (22 dollar), ABŞ (21.4 dollar), Qazaxıstan (21.4 dollar), Özbəkistan (20 dollar), Gürcüstan (18.9 dollar), Polşa (15.9 dollar), Qırğızıstan (15.6 dollar) və Türkiyədə (13.7 dollar) qeydə alınıb.
Bununla belə, ən ucuz buketləri Bolqarıstanda (1.8 dollar), Niderlandda (2.5 dollar), Braziliyada (2.6 dollar), Belçikada (2.8 dollar), Latviyada (3.2 dollar), Avstriyada (3.3 dollar), həmçinin Meksikada (3.5 dollar), Çexiyada (3.5 dollar), Serbiyada (3.9 dollar) və Macarıstanda (4 dollar) almaq olar.
Chosen
119
1
oxu.az

10Sources